Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 20:50:00
Nazir  MİQ-də vakansiyaların azlığı məsələsinə aydınlıq gətirdi – “Obyektiv səbəbləri var”

 

 

 

“Azərbaycanda 150000-ə yaxın müəllim işləyir. Bir müəllim  orta  hesabla 40 il işləyir. Hazırda işə düzələnlərin çox uzun müddət bu işdə qaldığını görürük. Süni vakansiya yarada bilmərik”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev facebook hesabından etdiyi canlı yayım zamanı deyib. O, MİQ-də vakansiyaların yaradılma prosesindən də danışdı:

 

“Süni vakansiya olarsa, müəllimlərin əməkhaqqısı azalar. Bu riyazi məsələdir. İşlə təmin etsək də düzgün əməkhaqqı vermək də çox vacibdir. Müəllimin məvacibi onun dərs aatından asılıdır. Bu səbəbdən MİQ-də vakansiyalar obyektiv səbəblə müəyyən olunur. Çalışırıq ki, düzgün yolla müəllimləri seçək”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları