Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 16:59:00
Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibə sabah yekunlaşır  

Dövlət orqanlarında 46 vakant vəzifə üzrə bu il martın 15-də elan olunmuş ümumi müsahibə sabah başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub. Bu günə olan məlumata görə, müsahibələrdə 28 nəfər uğur qazanıb.

 

Xatırladaq ki, mayın 3-dən keçirilən müsahibələrdə iştirak üçün 236 nəfər müraciət edib.