Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-15 15:30:00
PISA uğursuzluğumuz – Bu il də qatılacağıq - TARİX  

Dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşlı) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlü proqramlardan biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən PISA (The Programme for International Student Assessment ) layihəsidir.

 

 

PISA tədqiqatının məqsədi dünyadakı məktəblilərin uğurlarını müqayisə etmək və sınamaq, eyni zamanda təhsil metodlarında standartlaşdırma və inkişafı artırmaqdır.

 

 

Azərbaycan indiyə kimi bu proqramda 2 dəfə – 2006 və 2009-cu illərdə - iştirak edib.

 

 

2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yerə (sondan 2-ci) sahib olub.

 

 

2012, 2015-ci illərdə proqramda iştirakdan imtina edən Azərbaycan nəhayət 2018-ci ildə yenidən bu proqrama qoşulub.

 

 

AzEdu.az ölkəmizin həmin ildə beynəlxalq qiymətləndirmədən əldə etdiyi nəticəni təqdim edir:

 

 

Azərbaycan 2018-ci ildə PISA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib

 

 

Şagirdlərimiz oxu üzrə 389 (OECD-nin orta göstəricisi – 487), riyaziyyat üzrə 420 (OECD-nin orta göstəricisi -489), təbiət elmləri üzrə  398 (OECD – nin orta göstəricisi – 489) orta bal toplayıb.

 

 

Qeyd edək ki, Azərbaycan 2021-ci ildə PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edir.

 

 

Aprelin 19-dan başlayan qiymətləndirmənin pilot mərhələsi  Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 3000 şagirdin iştirakı planlaşdırılıb. 

 

 

Proses COVID-19 pandemiyasının tələblərindən irəli gələn gigiyenik normalara əməl olunaraq təşkil edilir. Tədqiqatın may ayının ortalarında yekunlaşacağı gözlənilir.

 

 

Tədqiqatın əsas mərhələsinin 2022-ci ilin aprel-may ayları ərzində təşkil edilməsi nəzərdə tutulub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları