https://www.zirve.edu.az/
12.07.2018 17:38
Rezident namizədlərin toplamalı olduğu keçid balları – Klinikalara görə  

Rezidenturaya qəbul imtahanı zamanı ixtisas seçimində keçən il formalaşan qəbul balları və plan yerlərinin sayı xüsusilə kömək edir. Xatırladaq ki, keçid balı müvafiq ixtisas üzrə formalaşan və bu ixtisasa ən aşağı balla qəbul olunan namizədin göstəricisidir.

AzEdu.az ixtisas seçimində rezidentlərə kömək məqsədilə DİM-ə istinadən müxtəlif klinikaların keçənilki keçid ballarını təqdim edir:

Belə ki, keçən il Azərbaycan Tibb Universitetinin Anesteziologiya-reanimatologiya ixtisası üzrə keçid balı 105, Ümumi cərrahiyyə, Onkologiya, Allerqologiya, Dermotovenerologiya 119, Neyrocərrahiyyə 116, Plastik cərrahiyyə 121, Travmotologiya-ortopediya üzrə isə 123 bal olub.

Urologiya, Revmotologiya ixtisaslarına minimal keçid balı 118, Oftalmologiya, Nefrologiya 125, Mamalıq-ginekologiya 143, Psixatriya 111, Nevrologiya 132, Terapiya, Stomatologiya 112, kardiologiya 140, Qastroentologiya ixtisasına isə 127 təşkil edib.

Yoluxucu xəstəliklər ixtisası üzrə minimal keçid balı  155, Revmatologiya, Fizioterapiya və tibbi bərpa üzrə 118, Pediatriya, Mikrobiologiya, Laboratoriya işi  113,  şüa diaqnostikası 161, Üz-çənə cərrahiyyəsi ixtisası üzrə isə 126 bal olub.

Qeyd edək ki, ixtisaslar üzrə minimal keçid balı həmin ixtisası öz ərizəsində göstərən namizədlərin sayı, plan yerləri və namizədlərin imtahan nəticələri əsasında formalaşdığından hər il dəyişir. AzEdu.az Rezidenturaya qəbul olunmaq istəyənlər üçün bu mövzunu diqqətdə saxlayacaq, sizi digər klinikaların keçid balları ilə də tanış edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları