https://www.zirve.edu.az/ #
2021-04-23 13:58:00
Rəqəmsal təhsil üçün ən yaxşı universitetlər

Dünyada  səngimək bilməyən koronavirus pandemiyası ayrı-ayrı ölkələrdə ali təhsil sistemləri qarşısında  ciddi çağırışlar qoyub.  Pandemiya dövründə tədrisin fasiləsizliyinin təmin olunması universitetlər üçün həyati əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu vəzifə ali təhsil sistemində  tədris resurslarına, səriştə və bacarıqlara yeniş baxış tələb edir.  İndiki şəraitdə rəqəmsal və texniki bacarıqlar universitetlər və məzunlar arasında yüksək qiymətləndirilir.

 

Texnologiya və informatika dünyada ən sürətli inkişaf edən sahələrdən biridir və hər ay yeni rollar və iş yerləri yaradılır. Rəqəmsal bacarıqlara texnologiyalarla əlaqəli olmayan şirkətlərdə də böyük tələbat var, buna görə də texnologiya və ya rəqəmsal texnologiyalar sahəsində elmi dərəcə almaq tələbələr üçün həmişə ağıllı seçimdir.

 

Fransanın “Emerging” konsaltinq şirkəti tərəfindən tərtib edilən və eksklüziv olaraq Böyük Britaniyanın “Times Higher Education” nəşri  tərəfindən yayımlanan yeni reytinq   hansı universitetlərin rəqəmsal texnologiya sahəsində tədris və təlimdə lider hesab olunduğunu araşdırır.  Tədqiqat həmçinin  tələbələrə texniki bacarıqların,  sahibkarlığın təşviqi sahəsində hansı universitetlərin daha yaxşı  təcrübəyə malik olduğunu öyrənməyə imkan verir.

 

Reytinq ötən il keçirilən iki sorğu nəticəsində toplanmış məlumatlar əsasında tərtib edilib.  3400 iştirakçı arasında şirkət,  startap rəhbərləri və rəqəmsal texnologiyalar sahəsində gənc mütəxəssislər olub. İştirakçılardan 1000 universitetdən altı rəqəmsal və texniki kateqoriyada uğur qazanmış 10 ali məktəbə səs vermələri istənilib.  Əlavə məlumatlar "Crunchbase" tərəfindən təqdim edilib. 

 

Reytinqin ilk 10-luğunda Amerika universitetləri  təmsil olunur. Onların arasında iki Böyük Britaniya universiteti (Oksford Universiteti və Kembric Universiteti) də yer alıb. Buna baxmayaraq, Hindistan, Avstraliya və Braziliya universitetləri də 150 ən yaxşı ali təhsil müəssisələri arasında yüksək göstəricilər nümayiş etdirirlər.

 

“Rəqəmsal liderlər” reytinqində  rəqəmsal sahibkarlığı təşviq etmək üçün ən yaxşı müəssisələrin cədvəli də var. Məlumatlarda həmçinin texniki ixtisas tələbələri üçün hansı şəhərlərin yaxşı seçim olduğunu, texniki ali məktəblərin məzunlarının və texniki məsələlər üzrə qadın menecerlərin ən yüksək faizinin hansı şəhərlərdə olması da öz əksini tapıb.

 

Təqdim  olunan  cədvəldə  rəqəmsal  təhsil üçün ən yaxşı universitetlərin tam siyahısı ilə tanış olmaq olar.

 

Reytinq

Ali təhsil müəssisəsinin adı

Ölkə

1

Harvard University

ABŞ

2

Massachusetts Institute of Technology

ABŞ

3

California Institute of Technology (Caltech)

ABŞ

4

Boston University

ABŞ

5

Stanford University

ABŞ

6

University of Oxford

Böyük Britaniya

7

Columbia University

ABŞ

8

Yale University

ABŞ

9

University of Cambridge

Böyük Britaniya

10

New York University

ABŞ

11

Boston College

ABŞ

12

Arizona State University

ABŞ

13

University of California, Berkeley

ABŞ

14

Indian Institute of Technology Bombay

Hindistan

15

Florida Institute of Technology

ABŞ

16

Cornell University

ABŞ

17

Indian Institute of Technology Delhi

Hindistan

18

University of Melbourne / Melbourne Business School

Avstraliya

19

Duke University

ABŞ

20

London School of Economics and Political Science

Böyük Britaniya

21

Princeton University

ABŞ

22

Tel Aviv University

İsrail

22

Imperial College London

Böyük Britaniya

24

IE University

İspaniya

25

City, University of London

Böyük Britaniya

26

King’s College London

Böyük Britaniya

27

Brown University

ABŞ

28

University of California, Los Angeles

ABŞ

29

ESCP Europe

Fransa

30

Georgia Institute of Technology

ABŞ

31

Technion Israel Institute of Technology

İsrail

32

Babson College

ABŞ

33

Carnegie Mellon University

ABŞ

34

Cardiff University

Böyük Britaniya

35

Johns Hopkins University

ABŞ

36

Polytechnic Institute of Coimbra

Portuqaliya

37

Indian Institute of Technology Madras

Hindistan

38

Australian National University

Avstraliya

38

Brandeis University

ABŞ

40

Indian Institute of Technology Kanpur

Hindistan

41

Brigham Young University

ABŞ

42

Hebrew University of Jerusalem

İsrail

43

Indian Institute of Technology Kharagpur

Hindistan

44

Texas A&M University

ABŞ

45

Georgetown University

ABŞ

46

Dartmouth College

ABŞ

47

University of California, San Francisco

ABŞ

48

Brunel University London

Böyük Britaniya

48

The University of Chicago

ABŞ

50

George Washington University

ABŞ

51

University Carlos III Madrid

İspaniya

52

University of Washington

ABŞ

53

Michigan State University

ABŞ

54

Frankfurt University of Applied Sciences

Almaniya

55

Indian Institute of Information Technology and Management Kerala

Hindistan

56

Durham University

ABŞ

57

University of Texas at Austin

Avstraliya

58

Colorado School of Mines

ABŞ

59

Hamburg University of Technology

Almaniya

60

Ben-Gurion University of the Negev

İsrail

61

Indian Institute of Science

Hindistan

61

Ramon Llul University / Esade

İspaniya

63

UCL

Böyük Britaniya

63

Colgate University

ABŞ

65

Aston University

Böyük Britaniya

66

William & Mary

ABŞ

67

Indian Institute of Management

Hindistan

68

Chemnitz University of Technology

Almaniya

68

University of Manchester

Böyük Britaniya

70

Coventry University

Böyük Britaniya

71

Case Western Reserve University

ABŞ

72

Centrale Paris

Fransa

73

Ostfalia University of Applied Sciences

Almaniya

73

University of California, San Diego

ABŞ

75

Purdue University

ABŞ

76

Indian Institute of Technology Hyderabad

Hindistan

77

Indian Institute of Technology Roorkee

Hindistan

78

Central European University

Macarıstan

80

Frankfurt School of Finance and Management

Almaniya

81

Bar-Ilan University

İsrail

82

HEC Paris

Fransa

82

Beuth University of Applied Sciences Berlin

Almaniya

84

Bielefeld University

Almaniya

86

University of Birmingham

Böyük Britaniya

87

University Autonoma of Madrid

İspaniya

88

Technical University of Munich

Almaniya

89

Bangalore University

Hindistan

90

ISM Dortmund

Almaniya

91

University of Helsinki

Finlandiya

92

University of Sydney

Avstraliya

93

FH Aachen – Aachen University of Applied Sciences

Almaniya

93

University of Texas

ABŞ

95

Viadrina European University

Almaniya

96

Northwestern University

ABŞ

97

University of Florida

ABŞ

98

University of Pennsylvania

ABŞ

99

University of Virginia

ABŞ

100

Indian Institute of Technology Guwahati

Hindistan

101

Anna University

Hindistan

102

Pennsylvania State University

ABŞ

103

Hamburg University of Applied Sciences

Almaniya

104

Chalmers University of Technology

İsveç

105

University of Mumbai

Hindistan

105

Cranfield School of Management

Böyük Britaniya

107

University of Toronto

Kanada

108

North Carolina State University

ABŞ

109

Fordham University

ABŞ

110

KTH Royal Institute of Technology

İsveç

111

Centrale Lyon

Fransa

111

Queen Mary University of London

Böyük Britaniya

111

Emory University

ABŞ

111

Ohio State University

ABŞ

115

Iowa State University

ABŞ

116

Tokyo Institute of Technology

Yaponiya

117

École Polytechnique

Fransa

117

Rutgers, the State University of New Jersey

ABŞ

119

Seoul National University

Cənubi Koreya

120

University of Liverpool

Böyük Britaniya

121

Centrale Marseille

Fransa

121

Indian Institute of Technology Indore

Hindistan

123

University of Arizona

ABŞ

124

Harvey Mudd College

ABŞ

125

Karlsruhe Institute of Technology (KIT)

Almaniya

125

Lancaster University

Böyük Britaniya

127

Northeastern University

ABŞ

128

Queensland University of Technology (QUT)

Avstraliya

128

Singapore Institute of Technology (SIT)

Sinqapur

130

Budapest University of Technology and Economics

Macarıstan

131

Hult International Business School

ABŞ

132

Deggendorf Institute of Technology

Almaniya

133

University of Edinburgh

Böyük Britaniya

134

Monash University

Avstraliya

134

Stony Brook University

ABŞ

136

National University of Singapore

Sinqapur

137

Queen's University

Böyük Britaniya

138

Miami Business School

ABŞ

138

University of California, Davis

ABŞ

140

Centrale Lille

Fransa

141

University of Canberra

Avstraliya

142

UNSW Sydney

Avstraliya

142

Indian School of Business

Hindistan

144

 University of British Columbia

Kanada

144

University of Wisconsin -Madison

ABŞ

146

Paris Sciences et Lettres – PSL Research University Paris

Fransa

147

Arden University

Böyük Britaniya

148

University of Delhi

Hinditan

149

Korea Advanced Institute of Science and Technology (KAIST)

Cənubi Koreya

150

McGill University

Kanada

 

(Azərbaycan müəllimi)