https://www.zirve.edu.az/ #
2021-04-21 15:15:00
Bakalvr  təhsili  3 ildir, 7 müxtəlif  məktəb tipi  mövcuddur – İtaliya təhsil SİSTEMİ

 

Dəb, incəsənət, memarlıq sahəsində  olduğu  kimi  təhsil  mövzusunda  da  İtaliya  dünyanın  diqqətini  özündə  saxlamağı  bacarır.

 

Xüsusi  ilə  dünyanın  müxtəlif  yerlərindən  xaricdə  təhsil  almaq  istəyən  tələbələrin  əksəriyyəti  İtaliya  Universitetlərinə  üstünlük  verir.

 

Bunun  bir  səbəbi  təhsil  keyfiyyətinin yaxşı  olması, digər  səbəbi  isə  qəbul  prosesinin  nisbətən  rahat  olmasıdır.

 

AzEdu.az  fərqlilikləri  özündə  birləşdirən  İtaliya  təhsil  sistemini  təqdim  edir.

 

Avropanın  ürəyi  olan  İtaliyada təhsil sistemi çox qədimlərə  söykənir. İtaliyada təhsil 6  ilə 16 yaş arasındakı bütün uşaqlar üçün məcburidir. Bu  ölkədə  şagirdlərin ümumi  mədəniyyət  mövzusunda  yaxşı  yetişdirilməsi  üçün  erkən  yaşda  dil  və  tarix  dərslərinin  tədrisinə  xüsusi  əhəmiyyət  verilir. Peşə  yönümlü  dərslərin  əvəzinə, əsasən,  elm  və  mədəniyyət  dərsləri  keçilir, əsasən  dil  tədrisinə  xüsusi  əhəmiyyət  verilir.İtaliya  təhsil  sistemi  tamamilə  dövlətə  bağlı  şəkildə tənzimlənir. Ölkə  rəhbərliyi  bu  sahədə  təhsil proqramları  hazırlamaq, müəllimlərin səriştəlik səviyyəsini yoxlamaq, potensial müəllimlər üçün testlər  hazırlamaq  və  s. mövzuda   əsas  nəzarəti  öz  üzərinə  götürüb.

 

Valideynlər  övladlarını  dövlət  bağçalarına  yazdırmaq  üçün  yer  məhdudiyyəti  səbəbilə  erkən müraciət  etməldirlər

 

İtaliyada  məktəbəqədər  təhsil  pilləsi  məcburi  hesab  edilmir. Buna  rəğmən  ölkədə  bu  yaş  qrupunu  əhatə  edən  uşaqların  90% - i  bu  pillədə  təhsil  alır. İtaliyada  məktəbəqədər  təhsil  pilləsi  iki  mərhələyə  ayrılır:  uşaq  bağçaları  və  ümumi  bağçalar.  Bağçalara,  işləyən  valideynlərə  görə  övladını  3  aylığından  etibarən  yazdırmaq  üçün  şərait  yaradılıb. Körpənin  bağçada  qalmasının  ödəniş  miqdarı  isə  günlük  saat  sayı  və  müəssisənin  maddi  vəziyyətindən  asılıdır. İtaliyada  həm  özəl, həm də  dövlət  bağçaları  fəaliyyət  göstərir. Ancaq  dövlət  bağçalarının sayı  daha  çoxdur. Özəl  bağçalarda  valideynlər  əvvəldəan  ödəniş  etməli  və  daha  sonra  hər  ay  müəyyən  miqdar  ödəməyə  davam  etməlidir. Bundan  fərqli  olaraq dövlət  bağçaları  isə  yemək  və  nəqiliyyat  xərcələri  istisna  olaraq  əlavə  ödəniş  tələb  etmirlər. Dövlət  bağçalarının  sayının  çox  olmasına  baxmayaraq  mövcud  olan  yer  sayı  az  olur  və  bu  səbəblə  valideynlər  övladlarını  yazdırmaq  məqsədi  ilə  bağçalara  erkən  qeydiyyat  üçün  müraciət  etməldiirlər. Bağçalarda  hər  yaş  qrupu  üzrə  ən  azı  iki  müəllim  məşğul  olur. Bağçalar  adətən  həftədə  5-6  gün  7  saat müddətində  fəaliyyət  göstərirlər.

 

Xarici  vətəndaşlar   İtaliyanın  dövlət  ibtidai  təhsil  müəssisələrində  ödənişsiz  təhsil  ala  bilməz

 

İtaliyada  ibtidai  təhsil  müddəti  5  ildir  və  5-6  ilə  10-11  yaş  arası  uşaqları  əhatə  edir. Bu  mərhələdə  komputer  bacarıqları, ingilis  dili, coğrafiya, İtalyan  dili, riyaziyyat, musiqi, sosial  elmlər kimi  fənlər  tədris  edilir. Bununla  yanaşı  din  dərslərində  iştirak  etmək  şagirdlər  üçün  könüllüdür.

 

Bu  ölkədə  ibtidai  və  ümumi-orta  təhsil  pilləsi  dövlət  müəssisələrində  tamamilə  ödənişsizdir. Ancaq  xarici  vətəndaşlar  dövlət  müəssisələrində  ödənişsiz  təhsil  ala  bilməz.

 

İtaliyada  ümumi –orta  təhsil  pilləsində  təhsil  alan  şagirdlərə  özünüinkişaf  üçün  şərait  yaradılır

 

Bu  təhsil  pilləsi  11-14  yaş  aralığındakı  şagirdləri  əhatə  edir  və  müddəti  3  ildir. Minimum  dərs  saatları  həftədə  30  saatdan  ibarətdir. Şagirdlərin  özlərini  daha  çox  inkişaf  etdirə  bilmələri  üçün  komputer  bacarıqları, xarici  dillər, idman, çaldığı  alət  və  şahmat  mövzusunda  məktəb  tərəfindən 10  saata  kimi  əlavə   zaman  verilə  bilər.

 

Bu  3  ilin  sonunda  şagirdlər  “esame  di  stato”  adlı  final  imtahanında  iştirak  edirlər. Bu  imtahan  şifahi  və  yazılı  olaraq  iki  mərhələdən  ibarətdir. Üçüncü  ilin  sonunda  bu imtahanda  uğur  qazananlara  di Licenza  diplomu  verilir. İmtahanda  uğur  qazanmaq  üçün  10  baldan  ən  azı  6  bal  toplamalısan.

 

Tam  orta  təhsil  pilləsində  şagirdlər  təhsil  alacaqları  istiqaməti  özləri  seçir

 

İtaliyada  tam  orta  təhsil  pilləsi  həm  də  yuxarı  ümumi -orta  təhsil  pilləsi  olaraq  da  adlandırılır. Bu  təhsilin  2  ili  məcburidir  və  ardınca  3  il  daha  könüllü  olaraq  tam  orta  təhsil  səviyyəsində  dərs  almaq  mümkündür. Təhsilin  bu  pilləsində  şagirdlər  dil, sənət, institut  və  ya  peşə  məktəbinə  getməyi  seçirlər.

 

Xaricdən  İtaliyaya  gedib  özəl tam  orta  təhsil  müəssisəsində  təhsil  almaq  istəyən  şagirdlər  14-18  yaş  aralığında  olmalıdırlar. Beləliklə  şagirdlər   ara  siniflərdə  ya  da  son sinifdə  bir  semestrlik  ya  da  bir  akademik  il  müddətində  İtaliyada  təhsillərinə  davam  edə  bilərlər. 5 illik  bir  təhsil  müddəti  bir  italyan  gəncin  peşə  yaxud  univeristet  istiqamətində  təhsilini  davam  etdirməyə  qərar  verməsi  üçün  ideal  müddətdir. Məsələ  burasındadır  ki, bir  tam  orta  təhsil  pilləsində  təhsil  alan  şagird  təhsilini  akademik  istiqamətdə  davam  etdirib  etdirməyəcəyinə  qərar  verməyə  məcburdur.

 

Bu  təhsil  pilləsi  bir  növ  universitetə  hazırlıq  mərhələsidir

 

Şagird  universitet  təhsili  almaq  istəyəcəyi  təqdirdə  tam  orta  təhsil  pilləsində  dərslərə  davam  edəcək. Çünki  bu  təhsil  pilləsi  bir  növ  universitetə  hazırlıq  mərhələsidir  Akademik  istiqamətdə  davam  etdirmək  istəməyəcəyi  təqdirdə  bu  təhsil  pilləsini  bitidikdən  sonra  oxuduğu  məktəb  səviyyəsində  olan  bir  universitetə  birbaşa  göndərilir. Ümumilikdə  şagird  bu  təhsil  pilləsindən  sonra  universitetə  qəbul  olmaq  üçün  bir  illik  tədris  müddətini  tamamlamalıdır.

 

 

İtaliyada  7  müxtəlif  tipli  tam  orta  təhsil  müəssisələri  fəaliyyət  göstərir

Xaricdə təhsil dedikdə  ağıla  gələn ilk ölkələrdən  biri  olan  İtaliyada  7  fərqli tipli  tam  orta  məktəb  var. Bu  orta  məktəb  növləri  aşağıdakılardır:

 

Klassik Lisey (Liceo Classico)

Elm Liseyi (Liceo Scientifico)

İncəsənət Liseyi (Liceo Artistico)

Müəllim Liseyləri (İstituto Magistrale)

İncəsənət Məktəbləri (İstituto d'Arte)

Texniki İnstitutlar (İstituti Tecnici)

Peşəkar İnstitutlar (İstituto Professional)

 

Tam  orta  təhsil  pilləsindən məzun  olmaq  üçün  şagirdlər  Matura adlanan  imtahan  verirlər. Türkiyədəki  İtalyan  liseylərində  Matura  diplomu  verilir.

 

İtaliyada  bakalavr  təhsilinin  müddəti  3  ildir  və  bəzi  ixtisaslar  bakalavr  tələbəsinə  birbaşa  magistr  diplomu  verir

 

İtaliyada  13  illik  ibtidai, ümumi- orta  və  tam  orta  məktəb  təhsilindən  sonra  şagirdlər  sonda  verəcəkləri  imtahanla  bir  universitet  seçə  bilərlər. Universitet  təhsili  özəl  və  dövlət  universitetləri  olaraq  2 əsas  qrupa  bölünür. Əgər  şagird  texniki  liseydə  oxuyubsa,  liseydə  oxuduqları  bölməyə  uyğun  olaraq  universitetlərə  də  gedə bilər. Həm də  bu  gözəl ölkə  Avropanın  ilk universiteti  sayılan  Bolonya  Universitetinə  ev  sahibliyi  edir.  

 

İtaliyadakı  universitetlər  Bolonya  Bəyannaməsinə  uyğun  olaraq 3 + 2  sisteminə  malikdirlər. İlk  üç  il  bakalavr  təhsilini  əhatə edir. Bakalavr təhsilini müvəffəqiyyətlə bitirən tələbələr, iki il davam edən magistr dərəcəsinə  qəbul  olunur. Bəzi  universitetlər  və  ya  bəzi  ixtisaslar  (Tibb  yaxud  əczaçılıq  kimi)  tələbəni  birbaşa  magistratura  pilləsindən  məzun  edir. Burada  təhsil  müddəti  5-6  il  davam  edir. Ancaq  magistratura  dərəcəsində  təhsil  alan  tələbələr  doktorantura  proqramlarına  və  peşəkar  məktəblərə  müraciət  edə  bilərlər.

 

Qeyd  edək  ki,  İtaliyada  doktorantura  proqramları  adətən  3 il  müddətində  davam  edir.