https://www.zirve.edu.az/ #
2021-04-20 17:40:00
UNEC-də təkrar ali təhsilə sənəd qəbulu davam edir  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu iyulun 1-dək davam edəcək.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, iqtisadiyyat, texniki və texnoloji ixtisaslar üzrə bakalavr pilləsində ümumilikdə 22 ixtisasa təkrar ali təhsil üzrə ödənişli əsaslarla tələbə qəbulu aparılır. UNEC-in Zaqatala filialında isə qəbul 7 ixtisas üzrə həyata keçirilir.

 

Qəbul olmaq istəyənlər tələb olunan sənədləri yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar. Onlar üçün vəziyyət nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna olunmur.

 

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.