Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 10:12:00
 "Post-COVID dönəmində ali təhsil və tədqiqat" mövzusunda vebinar keçiriləcək

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə 19 aprel 2021-ci il tarixində saat 14:00-da (Bakı vaxtı ilə) “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar keçiriləcəkdir.

AzEdu.az xəbər verir ki, vebinarda açılış nitqi ilə Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Rumıniyanın Təhsil Naziri Sorin-Mihai Cîmpeanu, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut çıxış edəcək.

Panel məruzəçiləri UNICA-nın prezidenti prof. Luciano Saso,  Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti  prof. Perikles A. Mitkas, Rumıniyanın Ploiesti Neft-Qaz Universitetinin professoru Florinel Dinu, Varna Tibb Universitetinin professoru Todorka Kostadinovadır.