Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 13:37:00
BANM tələbələri üçün "Baker Hughes" şirkətinin mütəxəssisləri vebinar keçib  

Bakı Ali Neft Məktəbinin və İstanbul Texniki Universitetinin tələbələri üçün “Baker Hughes” şirkəti ilə əməkdaşlıq çərçivəsində vebinar keçirilib.

 

AzEdu.az xəbər verir ki, vebinar “Zoom” platforması üzərindən “Baker Hughes” şirkətinin Türkiyə nümayəndəliyi tərəfindən təşkil edilib.

 

Əsas mövzusu quyuların qazılması olan vebinarda 50 nəfərdən çox tələbəmiz iştirak edib.

 

Vebinar zamanı şirkətin təcrübəli qazma mühəndisləri Sıla Gülşen Erdurmuş və Burak Büyükkağnıcı qazma üzrə ümumi təqdimat edib, daha sonra sənayedə tətbiq edilən bir çox üsullar, müxtəlif quyu profilləri və qazma alətləri haqqında məlumat veriblər. Təqdimatda həmçinin sahə mühəndislərinin müvafiq əməliyyatlarda rolu və məsuliyyəti haqqında məlumat və tövsiyələr verilib.

 

Yekunda tələbələr mühəndislərə onları maraqlandıran sualları ünvanlayıblar.