Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 12:13:00
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində təlimlər keçirilir  

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2020-2021-ci tədris ili ərzində müəllimlər üçün təlimlər keçirilir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, davamlı olaraq təşkil edilən təlimlərin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsidir. Təlimlər nəticəsində müəllimlər layihədəki fəaliyyətləri çərçivəsində beynəlxalq “Alqoritmika” proqramlaşdırma məktəbinin metodistləri tərəfindən hazırlanmış məzmunun yüksək keyfiyyətli tədrisini apara biləcəklər.

 

Təlim mövzuları proqramlaşdırma dillərinin əsaslarını, alqoritm anlayışını, alqoritmin növlərini, “Scratch” proqramlaşdırma mühitində resursların yaradılması kimi sahələri əhatə edir. Eyni zamanda, “Python” proqramlaşdırma dili, obyektlə idarəetmə imkanları və digər mövzular da təlim proqramında öz əksini tapır. Təlimlərdə, ümumilikdə 1306 müəllim iştirak edir. Onlardan 1050 müəllim Azərbaycan bölməsi üzrə 89 mindən çox şagirdə, 256 müəllim isə rus bölməsi üzrə 30 mindən çox şagirdə informatika fənnini yeni formatda tədris edir.

 

Qeyd edək ki, cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 9 şəhər və rayonu əhatə edir. Hazırda layihədə 222 məktəbdən 120 min şagird iştirak edir.