Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 09:24:00
TOEFL iBT və SAT imtahanları təşkil olunub  

Dövlət İmtahan Mərkəzində (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT və TOEFL iBT imtahanları keçirilib.

 

DİM-dən AzEdu.az -a bildirilib ki, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

SAT imtahanında 3 əcnəbi olmaqla 58 nəfər iştirak edib. İmtahan nəticələrinin martın 26-dan etibarən elan olunması gözlənilir. Növbəti SAT (SAT Subject) imtahanı mayın 8-də keçiriləcək. SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.

 

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti TOEFL iBT imtahanının martın 27-də keçirilməsi nəzərdə tutulur.