Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-08 13:57:00
AzTU rektoru qadınları bayram münasibəti ilə təbrik edib

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qadınları təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

"Əziz və dəyərli xanımlar!

 

Sizi, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram!

 

Azərbaycanda qadınlar bütün sahələrdə hər zaman öz nümunəvi fəaliyyətilə seçilib. Ötən ilin sonu 44 günlük Vətən müharibəsində də əldə etdiyimiz zəfərdə qadınlarımızın, xüsusilə də analarımızın rolu danılmazdır. Məhz onların Vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirdiyi övladları Azərbaycanın işğal olunmuş ərazilərini düşməndən azad etdi və hər birimizə qələbə sevinci yaşatdı. Bu mənada qadınlarımız həm də cəmiyyətin əsas dayaqları hesab olunur.

 

Qadın gələcəyin savadlı gəncinin yetişməsində, onun dünyagörüşünün formalaşmasında da böyük rol oynayır.

 

Azərbaycan Texniki Universitetində (AzTU) çalışan xanımlar da elmin və təhsilin inkişafında xidmətlərini əsirgəmirlər.

 

Məhz onların timsalında bütün Azərbaycan xanımlarını bir daha təbrik edir, hər birinə cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzu edirəm!

 

Bayramınız mübarək!"