Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-06 14:26:00
ADNSU-da doktoranturaya qəbul imtahanında 6 universitetdən 125 iddiaçı iştirak edib  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  2 gün davam edən doktoranturaya qəbul imtahanı uğurla başa çatıb.

 

AzEdu.az xəbər verir ki, fəlsəfə fənnindən keçirilən imtahanda Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən,  ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən ümumilikdə 142 iddiaçı qeydə alınıb və onlardan 125 nəfəri imtahanda iştirak edib.

 

Şəffaf mühitdə keçirilən imtahan nəticələri 7 nəfərdən ibarət komissya tərəfindən qiymətləndirilib. Belə ki, 125 nəfər iddiaçıdan 4 nəfərin biliyi  qeyri- məqbul, 121 nəfərin biliyi məqbul qiymətləndirilib.

 

Qeyd edək ki, imtahan koronavirus (COVİD-19) pandemiyası dövrünə təsadüf etdiyindən öncədən qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq imtahan prosesi baş tutub. Tibbi maskalardan, dezinfeksiya məhlullarından istifadə edilib və iştirakçılar arasında sosial məsafə gözlənilib.