Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-03 18:09:00
BMU tələbəsi magistraturaya qəbul imtahanında ölkə birincisi olub - FOTO  

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasının tələbəsi Pərviz Vəliyev magistraturaya qəbul imtahanında ölkə üzrə ən yüksək nəticə göstərib.

 

AzEdu.az xəbər verir ki, BMU tələbəsi 96 bal toplayaraq Respublika birincisi olub.

 

P.Vəliyev Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə oxuduğu zaman Riyaziyyat fənnindən keçirilən şəhər olimpiadasında II və III yerlərə layiq görülüb.

 

BMU tələbəsi həm də idmanla yaxından məşğul olur. Universitetlərarası turnik yarışmasında dartınma üzrə 2-ci yer qazanan P.Vəliyevin qol güləşində də müxtəlif nailiyyətləri vardır.

 

P.Vəliyev bildirib ki, BMU-da tədris prosesi yüksək səviyyədə, müasir standartlara uyğun həyata keçirilir. Bunun üçün universitetin ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, müasir auditoriyaları və maddi-texniki bazası mövcuddur. P.Vəliyev onun formalaşmasında, gələcək uğurlarında müəllimlərinin də böyük rolunun olduğunu vurğulayıb və onlara xüsusi minnətdarlığını ifadə edib.

 

Qeyd edək ki, BMU-nun bakalavr pilləsinə 617 balla qəbul olan P.Vəliyevin ortalama balı 90 təşkil edir.