Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 16:00:00
TN: Birinci siniflərə sənəd qəbulu ilə bağlı hazırlıq işləri görülür  

Ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, hazırda sənəd qəbulu ilə bağlı rəsmi qayda və formaların təsdiqi üzrə inzibati hazırlıq işləri görülür: “Yaxın vaxtlarda ictimaiyyətə məlumat açıqlanacaq”.