Azedu.az

Təmayül məktəblərə şagird qəbulunun nəticəsi nə vaxt açıqlanacaq?

Orta təhsil

28 İyul 2026, 11:35
Təmayül məktəblərə şagird qəbulunun nəticəsi nə vaxt açıqlanacaq?

“Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrinə işə qəbul üzrə müəllimlərin müsahibəsinə 3 avqustdan etibarən start veriləcək”.

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli Təhsil TV-nin efirində yayımlanan “Təhsil saatı” verilişində deyib.

Onun sözlərinə görə,ilkin olaraq, buraxılış fənləri- Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil üzrə fənn müəllimlərinin müsahibəsi nəzərdə tutulub: “Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək”.

T.Məcidli bildirib ki, şagird qəbulu isə 1 sentyabr tarixinədək uzadılıb: “Elektron qəbul mərkəzləşmiş formada həyata keçirilir. Qeydiyyatdan keçmiş şagirdlərin siyahısı, buraxılış imtahanının nəticələri və digər zəruri məlumatlar hazırlanaraq məktəblərə göndərilir. Məktəblər valideyn və şagirdləri məktəbə dəvət edir, çünki valideynlər ərizə ilə də müraciət etməlidirlər. Valideynlərin ərizəsi əsasında şagirdlərin məktəbə qəbulu rəsmiləşdirilir. Həmin məktəblərdə bütün təmayül istiqamətləri üzrə şagirdlərin qəbulu yekunlaşdıqdan, yəni sentyabrın 1-dən sonra bütün şagirdlər nəticələrini öyrənəcəklər”.

Ukrayna 390 dronla Moskvaya hücum etdi: Rusiyada PANİKA YAŞANIR
Son xəbərlərDaha çox