Azedu.az

Biləsuvarda 16 yaşlı oğlan qətl törədib

Hadisə

13 Avqust 2026, 21:23
Biləsuvarda 16 yaşlı oğlan qətl törədib

Avqustun 13-də Biləsuvar rayonunun Dərvişli kəndində 44 yaşlı kişinin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

AzEdu.az xəbər verir ki, məlumata görə 1982-ci il təvəllüdlü Şölət Rüstəmli kənd ərazisində münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox