Azedu.az

İlk yerli aparat Aya göndəriləcək

AzEdu Təhsil Platforması

14 Avqust 2026, 08:59
İlk yerli aparat Aya göndəriləcək

Türkiyə 2027-ci ilin əvvəlində hibrid raket mühərriki ilə təchiz edilmiş ilk kosmik aparatını Aya göndərməyi planlaşdırır.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"2027-ci ilin ilk aylarında öz hibrid mühərrik sistemimizlə təchiz olunmuş Ay aparatımızı kosmosa buraxacağıq. Mühəndislərimiz, tədqiqatçılarımız və alimlərimiz yerli Ay aparatını hazırlayırlar. Buraxılış qrafiki artıq təsdiqlənib. Bütün sınaqlar uğurla başa çatıb", - deyə nazir bəyan edib.

O, Türkiyənin raket texnologiyaları sahəsində mühüm imkanlara malik olduğunu bildirib.

"Biz strateji addım atırıq və Somalidə öz kosmodromumuzu tikirik. Ümid edirəm ki, bu layihə də sürətlə başa çatacaq və Türkiyə öz kosmodromundan kosmosa öz peyklərini və kosmik aparatlarını buraxa biləcək", - deyə o qeyd edib.

Kacır, həmçinin bildirib ki, Ankaradakı Orta Şərq Texniki Universitetinin nəzdində kosmik tədqiqatlarla məşğul olan bütün qurumların cəmləşəcəyi kosmik texnoparkın yaradılması planlaşdırılır.

Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox