Azedu.az

NASA-nın Mars kəşfi alimləri təəccübləndirdi

Maraqlı

13 Avqust 2026, 10:40
NASA-nın Mars kəşfi alimləri təəccübləndirdi

NASA-nın “Perseverance” aparatı Marsın Jezero kraterində apardığı araşdırmalar zamanı korund mineralı aşkarlayıb.

AzEdu.az xəbər verir ki, Yer kürəsində yaqut və sapfirin əsasını təşkil edən korund mineralı Marsda ilk dəfə müəyyən edilib.

Aparatın lazer sistemləri vasitəsilə açıq rəngli süxurlar üzərində aparılan analizlər zamanı aşkarlanan mineralın tərkibində xrom izləri də müəyyənləşdirilib. Bu izlər yaqutun xarakterik qırmızı və çəhrayı rənglərinin yaranmasına səbəb olur.

Korund əsasən alüminiumla zəngin, silisium baxımından isə kasıb mühitlərdə formalaşır. Alimlər Marsda bu mineralın necə yarandığını müəyyənləşdirməyə çalışırlar.

Tədqiqatçıların fikrincə, korund milyardlarla il əvvəl Jezero kraterini yaradan nəhəng meteorit zərbəsi nəticəsində formalaşmış ola bilər. Zərbə zamanı yaranan yüksək temperatur və təzyiq, eləcə də hidrotermal mayelərin süxurlara təsiri mineralın yaranması üçün uyğun şərait yaradıb.

NASA'dan Mars'ta bilim insanlarını şaşırtan keşif

Ukraynadan dağıdıcı HÜCUM - Rusiyanın gəmiləri vuruldu
Son xəbərlərDaha çox