Azedu.az

Parkinson xəstəliyinin müalicəsində mühüm kəşf

Maraqlı

13 Avqust 2026, 17:21
Parkinson xəstəliyinin müalicəsində mühüm kəşf

Alimlər Parkinson xəstəliyinin müalicəsində istifadə olunan dərin beyin stimulyasiyasının (DBS) təsir mexanizmini daha dəqiq izah edə biləcək xüsusi beyin şəbəkəsi və elektrik ritmi müəyyən ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, beyin stimulyasiyası subtalamik nüvə ilə beynin ön hissəsindəki bölgələr arasında fəaliyyət göstərən xüsusi şəbəkəyə təsir edir. Bu şəbəkə 20-35 hers tezliyindəki yüksək beta ritmi ilə əlaqəlidir.

Alimlər həmin ritmin gücü ilə DBS-dən sonra xəstələrin hərəkət əlamətlərindəki yaxşılaşma arasında əlaqə olduğunu müəyyən ediblər.

Tədqiqatçılar bildirirlər ki, nəticələr gələcəkdə dərin beyin stimulyasiyasının xəstələrin fərdi beyin fəaliyyətinə uyğunlaşdırılmasına və müalicənin daha dəqiq aparılmasına imkan yarada bilər.

Qeyd edək ki, söhbət Parkinson xəstəliyinin müalicəsinin tapılmasından deyil, mövcud müalicə üsulunun daha effektiv və fərdiləşdirilmiş tətbiqinə kömək edə biləcək mexanizmin müəyyən edilməsindən gedir.

Fidan Şahkərəmova

Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox