Meta şirkəti Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsinə qoyulan məhdudiyyətlər çərçivəsində 756 min Instagram və Facebook hesabını bağlayıb.
AzEdu.az xarici mediya istinadən xəbər verir ki, bağlanan hesabların 462 mini Instagram, 294 mini isə Facebook hesabıdır.
Bildirilib ki, 16 yaşdan aşağı istifadəçilərin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı sistemlərdən istifadə olunur və yoxlamalar davam etdirilir.
Qeyd edək ki, Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsini məhdudlaşdıran qanun 10 dekabr 2025-ci ildə qüvvəyə minib. Qanun Instagram, Facebook, X, TikTok, YouTube, Snapchat, Reddit, Twitch, Threads və Kick platformalarına şamil olunur.
Qanunun tələblərinə əməl etməyən şirkətlər 49,5 milyon Avstraliya dollarınadək cərimə edilə bilər.