https://www.zirve.edu.az/
2021-03-01 13:45:00
Martda 14 gün iş olmayacaq

Mart ayında 14 gün qeyri-iş günü olacaq.

 

AzEdu.az xəbər verir ki, ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür.

 

Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən 2021 –ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26- sı da bayram günü hesab olunur. Martın 27-si və 28- i isə həftəsonuna təsadüf edir.

 

Beləliklə, bu ay şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq.