https://www.zirve.edu.az/
23.02.2021 13:33
ADNSU-nun əməkdaşları İPMA Beynəlxalq sertifikasiyasından keçiblər - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənaye iqtisadiyyatı və menecment kafedrasının dosenti Zaur Əsədov, həmin kafedranın assistenti Rəna Məmmədova və Ümumi və tətbiqi riyaziyyat kafedrasının assistenti Elviz İsmayilov AzPMA (Azerbaijan Project Managment Associastion – Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası) tərəfindən təşkil olunmuş “Layihələrin idarəedilməsi” təlimini uğurla başa vuraraq sertifikasiyadan keçiblər.

 

AzEdu.az xəbər verir ki, assosiasiyanın vitse prezidenti Fərid Kazımov və assosasiyanın təlimçisi, qiymətləndirmə üzrə ekspert Rəşad İbrahimovun apardığı 3 həftəlik  təlimlər onlayn formatda təşkil olunub. Əməkdaşlarımız təlim proqramının tamamlanmasının sonunda müvafiq imtahanlardan uğurla keçərək IPMA standartı üzrə beynəlxalq layihə idarəetmə sertifikatını əldə ediblər. Əməkdaşlarımızın hər üçünə “D” dərəcəli sertifikat təqdim olunub.