Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-18 13:12:00
Eyni ildə iki ixtisas qrupu üzrə imtahan vermək mümkün olacaq?-DƏQİQ CAVAB

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Orta məktəbi cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

 

V ixtisas qrupu üzrə keçid balı 60 müəyyənləşdirilib.

 

Qəbul imtahanlarında şagirdləri maraqlandıran məqamlardan biri də cari tədris ilində iki müxtəlif  qəbul qrupu üzrə müsabiqədə iştirak etməklə bağlıdır. 

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. 

 

V qrup üzrə ikinci mərhələ keçirilmədiyinə, məzunlar buraxılış imtahanının nəticəsi ilə müsabiqədə iştirak etdiyinə görə eyni vaxtda I-IV qruplar üzrə  imtahan verməkdə çətinlik yaşamırlar. 2021-ci qəbul ili üçün də V qrupla bağlı dəyişiklik olmayacaq.

 

Onu da qeyd edək ki, qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının)  nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. 

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi isə  təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları