Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 13:57:00
“Study in Russia” təqaüd proqramına sənəd qəbulu aparılır  

Rusiya Federasiyasının 2021-2022-ci tədris ili üzrə elan etdiyi “Study in Russia” təqaüd proqramına sənəd qəbulu aparılır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq. Təqaüd proqramına sənəd qəbulu fevralın 20-dək davam edəcək.