Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-02 10:00:00
“Üzrsüz səbəbdən magistraturanın ikinci imtahanını gözləməyin”-DİM sədrindən XƏBƏRDARLIQ

“Ən kütləvi imtahanlar buraxılış və qəbul imtahanlarıdır. DİM tərəfindən 2 aylıq (fevral-mart) imtahan qrafikləri elan edilib və sayta yerləşdirilib. Keçən ildən başlayaraq magistraturaya qəbul imtahanı 1 mərhələli, lakin 2 dəfə keçirilir. İlk imtahan fevralın 28-i olacaq”.

AzEdu.az xəbər verir ki, bunu DİM sədri M.Abbaszadə Xəzər tv-nin “Birinci studiya” proqramında səsləndirib. O, magistraturaya qəbulun ikinci imtahanının da vaxtını açıqladı:

“2 ay ərzində 19 növ imtahanın keçirilməsi düşünülür. Apreldən sentyabra qədər isə 29 növ imtahan keçirilməlidir. Ölkədə pandemiya şərtlərindən asılı olaraq magistraturaya qəbulun 2-ci imtahanı keçirilməyə bilər. Namizədlər üzrsüz səbəbdən ikinci imtahanı gözləməsinlər. Magistraturaya qəbulun ikinci imtahanı  iyun ayı ərzində baş tutması nəzərdə tutulur. Biz çalışcağıq ki bu olsun”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları