Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-24 16:00:00
Səhərlər yol verilən yanlışlar - Yuxudan duran kimi nələri etmək olmaz?

Səhərlər sağlamlıq üçün təhlükəli olan üç vərdiş açıqlanıb. İngiltərədən olan həkim Miriam Stoppard bildirib ki, bunlardan biri səhər yuxudan oyandıqdan sonra idman etməkdir. Onun sözlərinə görə, bu, yolverilməzdir. Çünki səhər tezdən orqanizm susuz olur və buna görə toxumalar yaxşı dartılmır: "Oyandıqdan dərhal sonra güclü idman hərəkətləri etmək ziyanlıdır. Diqqətsiz hərəkətlər, hətta onurğanın yerdəyişməsinə gətirib çıxara bilər".


Həkim deyib ki, səhər yuxudan oyanandan sonra portağal suyu içmək də ziyanlıdır. Bu, maddələr mübadiləsini çox yükləyir və qanda şəkəri kəskin dərəcədə artırır.


Səhər yuxudan duranda qəhvə də içmək olmaz. Bu içki də qanda şəkəri çox artırır. Həkim deyib ki, ona görə də bu vərdişlərdən imtina etmək lazımdır.


Qeyd edək ki, mütəxəssislər günə meyvələrlə başlamamağı tövsiyə edirlər, meyvəni səhər yeməyindən sonra desert kimi yemək daha yaxşıdır. Səhərlər bədən tonusunu artırmaq üçün gəzməklə yanaşı, sadə fiziki məşqlər tövsiyə olunur.

 

Milli.az