Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-23 13:42:00
 Təhsil naziri: “Təəssüf ki, fikirlərim təhrif edilir”

“Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir. Tədrisin məqsədi onun nəticələrini də müəyyən edir.”.

 

Azedu.az xəbər verir ki, bunları Təhsil naziri Emin Əmrullayev "Xəzər" Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

 

Nazir məqsədli öyrənmə ilə bağlı fikirlərinin təhrif olunduğunu bildirib və bu məsələyə aydınlıq gətirib:

“Ümumiyyətlə, öyrənməklə motivasiya arasında əlaqə var. Öyrənmə məqsədli olmalıdır.  Valideynlər uşaqlarını səhər bir, günorta bir, daha sonra başqa bir repetitorun yanına göndərirlər. Amma məqsədlə bağlı onunla çox az söhbət edirlər. Uşaq şahmat dərsin, ya riyyaziyyata, ya məktəbə niyə  getdiyini başa düşmürsə böyük ehtimal öyrənmənin keyfiyyəti aşağı düşür.

Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”.