Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-21 15:14:00
Azərbaycanlı  tələbələr  nəhəng  türk universitetində oxuyacaqlar - Rektor

 

 

 

“Universitetlər arasında beynəlxalq əlaqələrin qurulması çox vacibdir. Hazırda İstanbul Texniki Universiteti Azərbaycanın Memarlıq və İnşaat  Univeristeti ilə ortaq təhsil proqramı həyata keçirir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirədə çıxışı zamanı  İstanbul Texniki Univeristetin rektoru İsmayil Koyunçu bildirib. O, univeristetin layihələrində iştirak edən tələbələrdən də danışdı:

 

“Proqramlara əsasən tələbə təhsil həyatının 1 ilini bir universitetdə, 2-ci ilini digərində və proses bu şəkildə davam edir. Çox fərqli universitet mədəniyyətlərini öyrənərək məzun olacaqlar”.

 

Qeyd edək ki, virtual görüşün informasiya  tərəfdaşı Modern İnformasiya Agentliyidir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları