Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-21 15:24:00
Nazir: “Qarabağ zəfəri Azərbaycanın təhsilinin inkişafı üçün yeni üfüqlər açır”  

 

“Azərbaycan təhsili qarşısına qoyduğu məqsəd və vəzifəsinin öhdəsindən gələ bildi”

 

AzEdu.az xəbər verir ki. bu fikirləri  Təhsil naziri  Emin Əmrullayev  Təhsil Nazirliyi yanında İctimai  Şura  və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirədə çıxışı zamanı bildirib.

 

“Son zəfərimiz həm də onu göstərdi ki, Azərbaycan təhsili qarşısına qoyduğu məqsəd və vəzifəsinin öhdəsindən gələ bildi.  44 günlük müharibə həm də, Azərbaycan  xalq  olaraq  yumruğu  bir  yerə  vurmağı  bacardığının  göstəricisidir.

 

Eyni zamanda, xüsusi diqqət çəkən məqamlardan biri də müharibənin təkcə silah və səngərlərdən deyil, həm də yeni innovasiyalar və texnologiyalar, siyasi diplomatiyadan keçməsi oldu. Bu, Azərbaycanın haqq davası idi.

 

Qarabağ zəfəri Azərbaycanın təhsili, cəmiyyətinin inkişafı üçün yeni üfüqlər açır. Biz bu üfüqləri düzgün qiymətləndirərək yeni hədəflər müəyyən etməliyik. Yeni hədəflərin müəyyən edilməsi ilk növbədə,  yeni problemləri tapmaqla başlayır.  Problemlər tapmaq onları həll etmək üçün ən qısa yoldur.  Mənə görə, orda ənənəvi olan vəzifələrlə, kadr hazırlığı, elmi tədqiqatların aparılması ilə yanaşı, o cümlədən, elmin qloballığının başa düşüb həmin qlobal dünyanın  bir parçası olmaq vacib məsələdir.

 

 

Qeyd edək ki, “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirənin iformasiya dəstəkçisi Modern.az informasiya agentliyidir.