Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 17:35:00
Təhsil nazirinin iştirakı ilə brifinq bu tarixdə  keçiriləcək- RƏSMİ
Yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək.
 
 
Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə dair normativ hüquqi baza nəzərə alınaraq tədris və təlim-tərbiyə prosesinin təşkili, buna uyğun olaraq vəziyyətin dəyərləndirilməsi məsələlərinə toxunulacaq.
 
 
Brifinq çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.