Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-16 15:52:00
Bu abituriyentlər qəbul imtahanının  birbaşa ikinci mərhələsində iştirak edəcəklər-RƏSMİ

“Məlum olduğu kimi, buraxılış imtahanının (əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsinin) nəticəsi 2 il qüvvədə olur. 2020-ci ildə buraxılış imtahanında (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsində) iştirak etmiş abituriyentlər bu il I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər”.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Həmçinin imtahanın ikinci mərhələsində iştirak etmək abituriyentin öz istəyindn asılıdır:

 

“Bundan əlavə, abituriyent öz istəyinə uyğun olaraq, yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları