https://www.zirve.edu.az/
14.01.2021 10:16
UNEC-də “Qarabağ   iqtisadiyyatının dirçəlişində moda industriyası” mövzusunda konfrans keçiriləcək  

 

UNEC-də “Qarabağ   iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər”  mövzusunda  onlayn konfrans keçiriləcək.

 

AzEdu.az-ın məlumatına görə, UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri, professor Zahid Məmmədovun moderatorluğu ilə keçiriləcək konfransın açılışında Səbail Rayon İH-nin başçısının birinci müavini, dos. Xalidə Bayramova, Milli Məclisin deputatı dos. Pərvin Kərimzadə, UNEC Dizayn Məktəbinin direktoru, dos. Lalə Məmmədova çıxış edəcəklər.

 

Konfransda əməkdar incəsənət xadimi, ADMİU-nun dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova, İçərişəhər Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Əminə Məlikova, Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri, dos.Tofiq Mirzəyev və UNEC-in Dizayn kafedrasının müəllimi Nərminə Namazova məruzələrlə çıxış edəcəklər.

 

Çıxışlar “Azərbaycan milli geyimlərində Qarabağ xanlığının geyim xüsusiyyətləri və onların müasir dəb istiqamətində istifadəsi”, “Qarabağda qurama sənətinin tarixi və inkişafı”, “Müasir geyimlərdə Qarabağ milli geyim və dekorativ sənət elementlərindən istifadə yolları”, “Moda sənayesində İslam mədəniyyətinin konsepsiyaları” mövzularında olacaq.

 

Konfrans UNEC İslam Maliyyə mərkəzi, UNEC Dizayn Məktəbi, EFTİD-nin təşkilatçılığı ilə keçiriləcək.

 

15 yanvar saat 11:00-da keçiriləcək onlayn konfrans UNEC-in rəsmi Facebook (facebook.com/unecedu) səhifəsindən canlı yayımlanacaq.