Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-10 11:49:00
Təhsil mərkəzi müəllimlər üçün vakansiya elan edir-FƏNLƏR üzrə

Onlayn Azərbaycan layihəsi saytın məzmunu üçün videodərslər çəkərək tədrisə hazır olan müəllimlər üçün vakansiya elan edir.

AzEdu.az xəbər verir ki, biologiya, Azərbaycan tarixi, dünya tarixi, kimya, ədəbiyyat, fizika, astronomiya, konstitusiya , fəlsəfə, riyyaziyyat( ali və məktəb) fənləri üzrə müəllimlərə ehtiyac duyulur. Digər fənlərin də tədrisinə yer verilə bilər.

 

İş Əmək Məcəlləsinə uyğun olaraq rəsmilləşdirilir, yüksək keyfiyyətli dərslərin çəkilməsi üçün hər cür şərait yaradılır.  Müəllimlik fəaliyyətinizin inkişafına töhfə verə bilərsiniz. Sərbəst iş qrafiki (razılaşma yolu ilə), qısa müddətdə yüksək əlavə gəlir əldə etmə imkanı, səmimi peşəkar komanda ilə işləmək imkanı yaradılır.

 

Müəllimlərdən isə ixtisasa aid biliklərin yüksək səviyyədə olması, işə məsuliyyətli yanaşma, çəkiliş üçün razılşadırılmış vaxtda iştirak etmək imkanı, səliqəli görünüş, nitqin qrammatık cəhətdən düzgün olması tələb olunur. Müəllimlik təcrübəsi isə arzuolunandır.

Əmək haqqı müsahibə zamanı müzakirə olunur.

Qeyd edək ki, maraqlanan namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. CV-də şəkil olması mütləqdir.