Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-06 17:56:00
DİM nəşrləri onlayn sifariş əsasında birbaşa ünvanlara çatdırılır

Dövlət İmtahan Mərkəzinin nəşrlərini (“Abituriyent” jurnalının buraxılışları və ona əlavələri – yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, dərs vəsaitləri və s.) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, istifadəçi almaq istədiyi nəşrləri “Zənbilə əlavə et” düyməsini basmaqla seçdikdən sonra “Zənbil”inə daxil olur. Burada seçilən kitablar və onların nüsxələrinin sayı, həmçinin ödəniləcək məbləğ öz əksini tapır. Dəqiqləşdirmə aparıldıqdan sonra “Təsdiqlə” düyməsi seçilir və açılan pəncərədə tələb olunan bütün məlumatlar – məhsulun göndəriləcəyi şəhər və ya rayon, sifarişçinin ad, soyad, ata adı, telefon nömrələri və ünvan qeyd olunur.

 

Ödəniş isə bank kartı vasitəsilə həyata keçirilir.

 

Daha sonra həmin nəşrlər poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

 

Qeyd edək ki, hər bir nəşrin ünvana çatdırılma xərci 1.5 manatdır. Sifarişin ümumi məbləği 20 AZN-dən çox olarsa, çatdırılma pulsuz olacaq.

 

Nəşrlərin sifarişi ilə bağlı çətinlik və ya çatdırılmasında ləngimə olarsa, 012-489-02-59 nömrəsinə zəng edə,  +994 50  225 54 99 "Whatsapp" nömrəsinə yaza və ya [email protected] ünvanına məktub yollaya bilərsiniz. 

 

“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (pdf formatında) isə buradan əldə edə bilərsiniz.

 

DİM nəşrlərinin onlayn sifariş qaydası: Video təlimat