Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 09:15:00
Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində müəllimlər üçün vebinarlar  keçirilir  

Dekabrın 25-dən etibarən Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində müəllimlər üçün "Ortaq təhsil layihələrinin yaradılması" mövzusunda vebinarlara start verilir. 

 

AzEdu.az-ın məlumatına görə, 5 gün davam edəcək vebinarların təşkil olunmasında məqsəd iki qardaş ölkə arasında müəllimlərə öz layihə ideyaları barədə fikir mübadiləsi aparmağa və ortaq təhsil layihələri üçün bir araya gəlməyə şərait yaratmaqdır. 

 

"Virtual məktəb" platforması üzərindən hər gün saat 21:00-da keçiriləcək vebinarların keçid linkləri “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində təqdim olunacaq. 

 

Qeyd edək ki, vebinarlar ölkədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılan beynəlxalq “eTwinning Plus” layihəsi çərçivəsində həyata keçirilir.