https://www.zirve.edu.az/
10.12.2020 16:21
DİM-in xalis mənfəəti 12 dəfədən çox azalıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ili 346 min manat xalis mənfəətlə başa vurub.

 

AzEdu.az xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 12,3 dəfə azdır.

 

Ötən il DİM-in əməliyyat gəlirləri 19,248 milyon manat (əvvəlki illə müqayisədə 8,4 % çox), əməliyyat xərcləri 10,967 milyon manat (4,2 % çox), inzibati xərcləri 5,209 milyon manat (3,6 dəfə çox), köhnəlmə və amortizasiya xərcləri 2,299 milyon manat (97,3 % çox), faiz gəlirləri 31 min manat (55,8 % az), faiz xərcləri 10 min manat (7,1 dəfə çox), digər gəlirləri 15 min manat (15,4 dəfə az), digər xərcləri 106 min manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 357 min manat (71,6 % çox) təşkil edib.

 

Bu il yanvarın 1-nə DİM-in aktivləri 26,111 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 16,3 % artaraq 475 min manata, balans kapitalı isə 5,5 % artaraq 25,636 milyon manata çatıb.

 

Xatırladaq ki, DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.(Report.az)