Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 14:27:00
DİM -də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib - FOTO

Dekabrın 4-də saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Dövlət İmtahan Mərkəzində və onun regional bölmələrində bir dəqiqəlik sükutla yad edilib.

 

AzEdu.az xəbər verir ki, DİM əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

 

Qeyd edək ki, Vətən müharibəsində Ordumuzun 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin müalicəsi davam etdirilir.

 

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara cansağlığı versin.