Azedu.az

Təhsil naziri rektorlarla onlayn görüşüb  

Ali təhsil

Təhsil Nazirliyi

4 Dekabr 2020, 09:28
Təhsil naziri rektorlarla onlayn görüşüb  

Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri və bunun üçün mövcud resurslardan istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib.

 

Həmçinin ölkəmizin əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, müxtəlif pillələrdə davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox