https://www.zirve.edu.az/
03.12.2020 14:10
Müəllimlərin əksəriyyəti  işdən çıxmaq istəyir – SƏBƏBLƏR

 

Pandemiya  müddətində  dünyanın  müxtəlif  yerlərində  müəllimlərin  əksəriyyətinin  psixoloji  və  maddi  baxımdan  zərər görməsi  müəyyən  edilib.

 

Türkiyədə  təhsil  üzrə  ekspert  və  tədqiqatçılar  15  min  811  müəllim  arasında  ümumi  araşdırma  aparıb. Bu  araşdırmalarda  dünyanın mütəlif   ölkələrindən  olan  müəllimlər  də  iştirak  edib.

 

AzEdu.az  xəbər  verir  ki, araşdırmaya  görə, 62%  müəllim  pandemiya  müddətində  psixoloji  boşluq  yaşayaraq  özünü  dəyərsiz  hiss  edir, 52%  müəllim  daha  yaxşı  iş  tapacağı  təqdirdə  dərhal  peşəsini  atacağını  bildirib, 43%  müəllim  isə  peşəkarlığının  aşağı  səviyyəyə  endiyini  və  kifayət  qədər  yaxşı  müəllimlik  edə  bilməyəcəyini  düşünür.

 

Tədqiqatçılar  bu  anketlə  müəllimlərin  yaşayış  və  iş  vəziyyətlərini, maddi  və  peşə  baxımından  problemlərini  ölçmək  istədiklərini  bildirdilər. Ümumilikdə  keçirilən  onlayn  anketin  nəticələri  isə  aşağıdakı  kimidir:

 

-72%  müəllim  aldığı  maaşın  az  olduğunu, onların 52% -i  isə  daha  yaxşı  iş  tapacağı  təqdirdə  müəllimlikdən  uzaqlaşacağını  bildirir

 

-Müəllimlər  ailə  büdcələrindən  ən  çox  qida  məhsullarına (maaşın  70%-i)  pul  ayırır

 

-42%  müəllim  pandemiya  ərəfəsində  banklardan  kredit  götürüb

 

-51%  müəllim  ayın  sonunda  büdcələrində  hec  pul  qalmadığını  bildirib

 

-14% -i  maddi  yetərsizlik  baxımından  müəllimliklə  yanaşı  başqa  işdə  işləyir

 

-39%-i  distant  təhsil  üçün  planşet  və  ya  komputer  alıb

 

-55%-i  məktəblərin  açılmasını  təhlükəli  hesab  edərək  istəmir

 

-Pandemiya  müddətində  distant  dərs  keçən  müəllimlərin  54%-i  məktəblərində  koronavirusa  yoluxmanın  qeydə  alındığını  bildirdi

 

-62% - i   bu  müddətdə  özünü  dəyərsiz  hiss  etdiyini  qeyd  edib

 

-90%- i  pandemiya  müddətində  müəllimlərin  işləmədən  maaş  aldığını  ifadə  edən  məqalə  və  çıxışların  müəllimlik  peşəsinin  etibarını  zədələiyini  bildirdi

 

-43% - i artıq  kifayət  qədər  yaxşı  müəllim  olmadığını  düşünür

 

-82%  müəllim  çox  yorulduğunu  və  enerjisinin  tükəndiyini  bildirərək  təqaüdə  çıxma  zamanının  gəlməsini  istəyir

 

- 70 % - i   3600 əlavə göstərici tələb edir

 

Qeyd  edək  ki,  bu  tip  araşdırmalar  dünyanın  müxtəlif  ölkələrində  də  həyata  keçirilir. Bu  onlayn  anketlərdə  başqa  ölkələrin  müəllimləri  də  iştirak  edə  bilir.

 

 

Ayşən Mustafayeva
Müəllifin digər yazıları