Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-29 10:35:00
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi-praktiki konfransı keçirilib.

MDU-dan AzEdu.az-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən konfransı açan fakültənin dekan əvəzi Almaz Əliyeva, ilk növbədə, konfrans iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində əldə olunan şanlı qələbə münasibətilə təbrikini çatdırıb.

 

Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.
Universitetin Mühəndislik fakültəsinin tələbələrindən Pərvin Qəhrəmanov “Azərbaycanda avtomobil nəqliyyatının tarixi” mövzusunda (elmi rəhbər: dos. Vüqar Mustafayev), Leyla Əlipaşayeva “Dərman vasitələrinin ekoloji təsiri.” mövzusunda (elmi rəhbər: b.m. Rayihə Ağayeva), Salatın Babayeva “Üzən atom elektrik stansiyaları” mövzusunda (elmi rəhbər: müəl. Səadət Şıxəliyeva), Salatın Rəhimova “Kompüter oyunlarının zərərləri və faydaları” mövzusunda (elmi rəhbər: b.m. Asudə Abdurrahmanova), Günay Nəsibova “Xəzər dənizi sahillərinin xarakteristikası və ekoloji problemləri” mövzusunda (elmi rəhbər: b.m. Qərib Abdullayev), Fatimə Babayeva “5G texnologiyası: tətbiq sahələri və risklər” mövzusunda (elmi rəhbər: müəl. Günel Baxşıyeva) çıxış ediblər.

 

Konfransda müəllim və tələbə heyəti tərəfindən maraqla qarşlanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

 

Son dövrdə MDU-nun təhsil-tədqiqat-innovasiya formatında inkişafı istiqamətində həyata keçirilən tədbirlər sayəsində tələbələrin elmi tədqiqat fəaliyyətinə daha fəal cəlb edilməsi üçün yeni imkanların yaranması xüsusi qeyd olunub.

 

Konfransda tələbə və magistrantların elmi potensialının üzə çıxarılmasında və genişləndirilməsində mühüm rol oynayan elmi tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib.