Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-28 17:54:00
DİM beynəlxalq assosiasiyanın üzvlüyünə qəbul edilib

2020-ci ilin noyabr ayından etibarən Dövlət İmtahan Mərkəzi (DİM) distant tədris və onlayn qiymətləndirmə platformalarının inkişafı naminə yaradılan Moodle İstifadəçiləri Assosiasiyasının (MİA) üzvüdür.

 

AzEdu.az xəbər verir ki, MİA Moodle platformasının inkişafına töhfə verən əsas rəsmi qeyri-kommersiya təşkilatıdır. MİA bu platformanın istifadəçilərinə və əməkdaşlıq etdiyi təşkilatlara platformanın inkişafı üçün imkan yaradır.

 

Moodle 2002-ci ildən bəri Moodle Pty Ltd-nin rəhbərliyi ilə təhsil sahəsində onlayn mühit yaradaraq birgə öyrənmə üçün yeni proqramlar, onlayn kurslar və təlim fəaliyyətinə imkan verən, yüz minlərlə müəssisə və iş yerlərində istifadə olunan dünya miqyaslı açıq təlim platformasıdır.

 

Qeyd edək ki, DİM-in MİA üzvlüyü Moodle tətbiqindən istifadə edən DİM mütəxəssislərinə moodle alətlərinin əlçatan olması üçün şərait yaradacaq və onlara Moodle platformasının üstünlükləri, habelə yenilənmiş versiyaları barədə sürətli məlumat əldə etməyə imkan verəcək.

 

Bu üzvlük Öyrənmə və İdarəetmə Sisteminin (LMS – Learning Management System) yeniliklərindən yararlanmağa fürsət verərək, Moodle platforması əsasında yaradılan distant tədris - OTK və onlayn qiymətləndirmə - "ProctorDİM" kimi paltformalarının inkişafına da imkan verəcək.