Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-25 16:36:00
Gənc müəllimdən gələcəyin təhsili ilə bağlı vacib layihə - Tanıtım

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsində Fərdi kateqoriya üzrə Abşeron rayonu Saray qəsəbə A. Müzəffərov adına 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Piriyeva Nigar İlham qızı "Famelab tipli STEM dərslər" adlı layihəylə qalib olub.

 

Layihənin açılış mərasimi təşkil edilib və təlimlərə start verilib.

 Təlimə 40 a  yaxın müəllim cəlb edilib.

 

Bu gün dünya təhsili dayanmadan bizə yeni çağırışlar edir. Təhsildəki yeni çağırışlara təhsil müəssisələri olaraq, lazımi cavablar verməliyik. Abşeron rayonu Saray qəsəbə tam orta məktəblərində şagirdlərin, müəllimlərin uğurlarını izlədikcə, düşündük ki, bu gün şagirdləri STEM layihələrinə daha çox yetişdirmək lazım gəlir. Bu gün STEM və Famelab aktual bir mövzuya çevrilib.

 

Famelab "Şöhrət laboratoriyası" adlanır. İlk dəfə tətbiq edilib. Məqsəd texniki və təbiət fənlərini bu sahəyə aid olmayan və humanitar fənlərə marağı olanlara da qısa müddət ərzində sevdirə bilməkdir. Layihənin məqsədi - Abşeron rayon Saray qəsəbə 1,2,3 saylı tam orta məktəblərində STEM tipli yeni çağırışlara cavab verə biləcək şagirdlər yetişdirmək, müəllimlərə bu sahədə təcrübə keçməkdir. Hər 3 məktəbin ibtidai sinif, riyaziyyat, fizika, kimya, informatika fənn müəllimləri bu təlimlərə cəlb edilib.

 

Layihənin 2 Beynəlxalq statuslu təlimçi ekspert olan Aliyə Əhmədova və Bəhman Qüdsi müəllimin təlimləri zənginləşdirir. Təlimçi ekspertlər müəllimlərə "Famelab əsaslı STEM dərslər" in keçirilmə metodikasını öyrədəcəklər.

 

Layihəni əhatə edəcək mövzular aşağıda öz əksini tapmışdır :

1)Gələcəyin dünyası

2)Famelab əsaslı STEM tədrisində Qlobal inkişaflar.

3)Famelab əsaslı STEM təlim mərkəzləri

4)5 E öyrənmə modeli

5)Lego robotika tətbiqləri ilə STEM tədrisi

6)STEM - də kodlamanın rolu...

Layihədə bu və digər mövzularda təlimlər davam etdiriləcək. Layihə iştirakçılarına uğurlar diləyir, təhsilə faydalı olacağına ümid edirik.