Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-18 11:34:00
Müharibədə iştirak edən təhsil işçiləri üçün hansı imtiyazlar olacaq? – Nazirdən cavab

 

 

“Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olub”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev ATV kanalında yayımlanan  “ATV Aktual”  verilişində deyib.

 

O, müharibədə iştirak edən təhsil işçiləri üçün hansı imtiyazların nəzərdə tutulmasından söz açıb:

 

“Xalqımızın böyük qələbəsində Azərbaycan təhsil işçilərinin böyük əməyi olub. Bu qələbədə rolu olan hər bir soydaşımıza  köməklik göstərməyə çalışırıq. Mənim də xahişim ondan ibarətdir ki, mümkün qədər səbirli olaq. Proseslər Təhsil Nazirliyi tərəfindən müşahidə ediləcək.

 

Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olub. Bu bölgələrdə təhsilin həyata keçirilməsi mümkün deyildi. 50 məktəb bu və ya digər dərəcədə zərər görüb. Bəziləri isə yararsız vəziyyətə düşüb”.

 

Qeyd edək ki, 27 sentyabrdan 10 noyabra kimi 9 şagird dünyasını dəyişib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları