Azedu.az

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 93 namizəd uğur qazandı  

28 Oktyabr 2020, 11:23
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 93 namizəd uğur qazandı  

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, müsahibədə 93 nəfər uğur qazanıb. Onlardan 55-i Təhsil Nazirliyində, 11-i Maliyyə Nazirliyində, 8-i Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, 1 nəfər Dövlət Turizm Agentliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox