Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 13:41:00
“Qubadlı məktəbinin uğuru sabiq naziri  buraya gətirmişdi”-Rayonun təhsil müdiri

 

 

25  oktyabrda  Azərbaycan  Ordusu  Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib.

 

Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rəsmi tvitter hesabında paylaşım edib.

 

“Qubadlı Rayon Təhsil Şöbəsi Sumqayıt şəhərində yerləşir. Qubadlı məktəbləri isə Bakı, Sumqayıt və Abşeron ərazisindədir. 32 məktəbimiz var, onlardan  23-ü Sumqayıt şəhəri ərazisində, 9-u Bakı və Abşerondadır. İşğaldan öncə Qubadlı rayonu ərazisində 5 məktəbdənkənar təhsil müəssisəsi, 61 məktəb olub”.

 

Bunu AzEdu.az-a açıqlamasında Qubadlı RTŞ-nin rəhbəri Fuad Bədəlov bildirib. O, Qubadlı şəhəri işğaldan azad edildiyi üçün çox sevincli olduğunu və bununla bağlı xeyli təbriklər aldığını qeyd etdi:

 

“Qubadlı şəhəri işğaldan azad edildiyi üçün çox sevincliyik. Xeyli təbriklər gəlir. Azərbaycan xalqının əsas problemi işğal altında olan torpaqları idi. Hazırda bu istiqamətdə uğurlu əməliyyatlar gedir və bu bölgələrdən olan məcburi köçkünlər yurd-yuvalarına qayıtmaq üçün gün sayırlar. Ali Baş Komandanımızın sayəsində bu məsələ həll olunur. Çox şanslıyıq ki, torpaqlarımızın azad edilməsi hadisəsinin canlı şahidi oluruq”.

 

“Qubadlıya qayıtdıqdan sonra burada təhsil infrastrukturunun inkişafı üçün əlimizdən gələni edəcəyik. Prezidentimizin rəhbərliyi ilə bu böyük qayıdış olacaq”. 

 

RTŞ rəhbəri Qubadlının son illərdəki uğurlu təhsil göstəricilərindən də danışdı:

 

“Hər zaman yüksək bal toplayan məzunlarımızla görüşəndə onlara bildirirəm ki, torpaqlarımız azad edildikdən sonra siz oraya gedib qurub-yaradacaqsınız. Qubadlı hər zaman yüksək təhsil göstəricisi ilə fərqlənib. Xüsusilə son 4 ildə Qubadlı məktəbinin şagirdləri buraxılış və qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər. Respublika üzrə 1 və 4-cü yerdə qərarlaşmışıq.  Hətta sabiq Təhsil Naziri Ceyhun Bayramov ötən il son zəngdə Qubadlı məktəbində oldu və bildirdi ki, uğurlu nəticələr məni buraya gəlməyə vadar etdi”.

 

Qubadlıya qayıtdıqdan sonra burada təhsil infrastrukturunun inkişafı üçün əlimizdən gələni edəcəyik. Prezidentimizin rəhbərliyi ilə bu böyük qayıdış olacaq. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları