Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 10:51:00
RTŞ-nin  rəhbəri həlak olan şagirddən yazdı: “Orxanın nə qədər arzuları var idi…”

Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan İsmayılzadə oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində həlak olub.  RTŞ-nin rəhbəri Yaşar Məhərrəmov erməni terror nəticəsində həlak olan Orxandan yazdı. AzEdu.az həmin fikirləri təqdi  edir:

 

“Tərtər Rayon Təhsil Şöbəsi və Tərtər ictimaiyyəti adından bütün bəşəriyyətə, insanlara, özündə insanlıq, atalıq, analıq hissini yaşada bilən( əgər varsa) vicdanlı ermənilərə müraciət edirəm:

 

Bu şagirdin, yeniyetmənin günahı nə idi?

Allah götürəcəkmi?

Tərtər rayon Xoruzlu kənd tam orta məktəbinin x sinif şagirdi Orxanın nə qədər arzuları var idi?

Allah rəhmət etsin”!

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları