Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-20 11:18:00
Təhsil Nazirliyi və yerli şöbələr əllərindən gələni edirlər – Şahlar Əsgərov

 

 

 

“Bir tərəfdən müharibə, digər tərəfdən isə pandemiya təhsilin ötürülməsini çətinləşdirir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor  Şahlar Əsgərov deyib.

 

 

O, internetlə bağlı məhdudiyyətlər səbəbindən distant təhsilin zəifləməsi və koronavirusla əlaqədar əyani dərslərin azaldılmasının təhsil sisteminə təsirindən söz açıb:

 

“Müharibə və pandemiya üzürlü səbəblərdir. Lakin Təhsil Nazirliyi və onun yerli şöbələri  çalışır ki,  əllərindən gələni etsin. Amma  başa düşmək lazımdır ki,  torpaq müqəddəs dəyər olduğu üçün insan onu canı və qanı ilə qorumalıdır. İnsanın sağlamlığı, təhlükəsizliyi çox vacibdir  və  onun  təminatı mühüm məsələdir.  Təhsil bu gün və sabahımız və həyatda ayaq üstə durmağımız üçün  vacibdir. Bu sxemlə də bizim cəmiyyətimiz inkişaf edir.

 

Hər zaman tərəfdarı olmuşam ki, yoluxmanın az olduğu bölgələrdə tədris əyani şəkildə bərpa edilsin. Koronavirusun  az yayıldığı ərazilərdə əyani təhsil bərpa edilə bilər. Amma bunun üçün bir sıra şərtləri həyata keçirmək  lazımdır. Gigiyenik qaydalara ciddi şəkildə əməl edilməlidir.

 

Bir müddət öncə Qubanın Qamqam kənd orta məktəbində  bir müəllim 7 müəllimi COVİD-19 yoluxdurub. Ona görə də ciddi  şəkildə qorunmaq vacibdir. İnsanların çox olduğu yerlərdən uzaq durmaq lazımdır.

 

Mümkün qədər sosial məsafə gözlənilməlidir. Əgər qohumlarımızın evinə həftədə 3 dəfə gedirdiksə, indiki zamanda  həftədə bir dəfə getmək lazımdır. Məsafə və görüşləri azaltmaq lazımdır”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları