“1 milyondan çox şagird ”Virtual Məktəb” üzərindən qeydiyyatdan keçib, 100 mindən çox müəllim həmin platformada dərs deyib”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi və TƏBİB-in birgə keçirdiyi brifinqdə deyib
Nazir “Virtual Məktəb”də həyata keçirilən dərs prosesindən söz açıb:
“Müəllim və şagirdlərin “Virtual Məktəb” üzərindən dərs prosesi Təhsil Nazirliyi tərəfindən izlənilib. Bir çox bölgələrimizdə internetlə bağlı problemlər olub. Bu səbəbdən də biz həmin ərazilərdə 5 gün əyani dərs prosesini tətbiq etdik. Bu 2000 minə yaxın məktəbi əhatə edirdi”.
Qeyd edək ki, 19 oktyabrdan 2 noyabra kimi ölkədə olan bütün təhsil müəssisələrində tətil elan edilib.