Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 16:58:00
Şərqşünaslıq İnstitutunun kollektivindən  Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək - 5 min manat

 

Sentyabrın 27-də səhər saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, eləcə də mülki obyektləri, dinc əhalini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasına cavab olaraq əks-həmlə əməliyyatlarına başlayan ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın bir qismini azad edib və etməkdədir. Rəşadətli ordumuzun qələbələrini xalqımız böyük sevinc və iftixar hisləri ilə qarşılayır.



Ordumuza dəstək olmaq məqsədilə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 5 min manat vəsait köçürüb.



Şərqşünas alimlər torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan müzəffər ordumuzun Qarabağı işğaldan tam azad edəcəyinə inanırlar.



Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!